SON XƏBƏRLƏR

Cümə imamı güneyli baş redaktoru tutdurub

2022.06.23, 07:04
Cümə imamı güneyli baş redaktoru tutdurub

Gunaz.tv

Əmir Sai cümə imamına yazdığı açıq məktubda tənqidi fikirlərə yer verdiyi üçün cümə imamının qəzəbinə tuş gəlib və əlaqələrindən istifadə edərək azərbaycanlı jurnalistin şərlənərək həbs edilməsinə nail olub.

Əmir Saiyə qarşı irəli sürülən ittihamlara görə, onun 6 ay həbs cəzasına məhkum olunduğu bildirilir. 

Qeyd edək ki, cümə imamları birbaşa ali rəhbər Əli Xaməneyinin sərəncamı ilə təyin olunur.

Onlar yerlərdə Xameneyinin nümayəndəsi sayılır. Bu üzdən cümə imamlarının tənqid olunması Xameneyiyə qarşı çıxmaq kimi dəyərləndirilir, buna görə ən ağır cəza növləri tətbiq edirlər.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar