SON XƏBƏRLƏR

"İranın dəstəklədiyi husilər bütün sülh təşəbbüslərini pozur"-Yəmənin baş naziri

2022.02.14, 10:50
"İranın dəstəklədiyi husilər bütün sülh təşəbbüslərini pozur"-Yəmənin baş naziri

Gunaz.tv

Əl-Ərəbiyyənin yazdığına görə, baş nazir Əbdül Malik Ədəndə sülhün təşviqi üzrə Finlandiyanın Marty Hatisari İnstitutunun üzvləri ilə görüşündə İran rejiminin husilərə təsirini son iki ildə Yəməndə böhranın həll olunmamış qalmasının əsas amili adlandırıb.

O, daha sonra beynəlxalq ictimaiyyəti İran rejiminin Yəmənin daxili işlərində dağıdıcı rol oynamasının qarşısını almağa, regionda təhlükəsizlik və sabitliyə xələl gətirəcək hərəkətlərin və beynəlxalq gəmiçiliyi təhdid edəcək müdaxilələrin qarşısını almağa çağırıb.

Moin Əbdül Malik qeyd edib ki, husi milisləri İran rejiminin komandanlığı və rəhbərliyi altında Yəməndə sülh üçün bütün təşəbbüslərin baş tutmasına mane olurlar.

O, tədqiqat institutları və qurumlarını İran rejiminə bağlı husi çevrilişçilərinin Yəmənin qanuni hökumətinə qarşı rolunu təhlil edərək faktları beynəlxalq ictimaiyyətə çatdırmağa çağırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar