SON XƏBƏRLƏR

Bəm zindanında daha iki məhbus öldürülüb

2022.08.10, 11:02
Bəm zindanında daha iki məhbus öldürülüb

Gunaz.tv

8 il həbsxanada saxlanılan 52 yaşlı Əhməd Söhrabzehinin uzun müddətdir xəstə olmasına baxmayaraq müayinə və müalicəsinə icazə verilmədiyi bildirilir.

Avqustun 9-da həyatın itirən məhkum əslən etnik bəluçdur və Sistan-Bəluçistan əyalətinin Zahidan şəhərindəndir. 

Bununla yanaşı Şiraz şəhərinin Adilabad zindanında da Əbdülrza Xani adlı məhkumun ağır xəstə olduğuna baxmayaraq, tibbi müdaxilə edilmədiyi üçün pldüyü xəbəri verilib.

2022-ci ilin  aprel ayının 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, bildirib. 

Təşkilatın hesabatında bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alınıb. 

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar