SON XƏBƏRLƏR

Manqurtlaşmış futbolçu Kərim Baqiri indi də kürd musiqisini təbliğ edir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Manqurtlaşmış futbolçu Kərim Baqiri indi də kürd musiqisini təbliğ edir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran rejiminin Azərbaycan türklərinə qarşı apardığı asimilasyon siyasəti nəticəsində vətən anlayışını itirən və milli dəyərləri unudan azərbaycanlılardan biri də məşhur futbolçu Kərim Baqiridir.


Azərbaycan əleyhinə açıqlamaları ilə seçilən futbolçu dolayısı yollarla öz vətəninə qarşı fəaliyyət göstərməkdən çəkinmir.


Azərbaycan türkcəsi, onun musiqisi və mədəniyyəti haqda heç zaman müsbət bir açıqlaması olmayan futbolçu nədənsə kürd mədəniyyətinin təbliğində canfəşanlıq göstərir. K.Baqiri iki gün əvvəl İnstaqram səhifəsində kürd musiqisini təbliğ etməyə çalışıb. O bu məqsədlə şəxsi səhifəsində aşağıdakı görüntünü yayıb.

 


Hansısa müsiqini sevmək normal hal sayıla bilər, lakin öz vətəninin dəyərlərini kölgədə qoymaq məqsədi ilə digər mədəniyyətləri təbliğ etməyin adı manqurtlaşmaqdan başqa heç nə deyil.


K.Baqiri Tehranın fars Perspolis komandasının da aşiqidir, o hər zaman bu komandanı reklam edib və dəstəkləyib.


K.Baqirinin Azərbaycanın mədəniyət, ədəbiyyat, xüsusi ilə də öz sahəsi olan idmanına dəstək verməsini bu günə qədər heç kim müşahidə etməyib.


N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar