SON XƏBƏRLƏR

Marağalı idmançı qazandığı çempionluq medallarını valiliyin binası qarşısında satışa çıxardı – VİDEO

2021.10.20, 07:36
Marağalı idmançı qazandığı çempionluq medallarını valiliyin binası qarşısında satışa çıxardı – VİDEO

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı idmançı Mustafa Quluzadə çempionluq medal və digər mükafatlarını Şərqi Azərbaycan Valiliyinin binası qarşısında hərraca çıxarıb.

 

İdmançı yoxsulluq və işsizlikdən bu hərəkətə əl atdığını bildirib.

 

O hökumətə etiraz olaraq yanvarın 27-də medallarını valiliyin qarşısında yerə düzərək onları satışa çıxarıb.

 

“Duman” adı ilə tanınan idmançı işlə təmin olmaqla bağlı bir neçə ay məsullar tərəfindən verilən vədlərin reallaşmasını gözlədikdən sonra belə bir addım atmağa məcbur olub.

 

O yerə düzdüyü medalların yanında bir banner də nümayiş etdirib.

 

“İranda təhsil alıb və çempion olmağın sonu budur!

Mən Mustafa Quluzadə ölkə və əyalət üzrə 39 medal qazanmışam, ən güclü kişilər yarışlarında isə ikinci yeri tutmuşam. Hüquq üzrə yüksək lisansım var. Aidiyyatı şəxslərə dəfələrlə müraciət etsəm də münasib bir işə düzələ bilmədim. İndi ədalətsizliyə qarşı etiraz olaraq qazandığım medalları hərraca çıxarıb satıram”- deyə bannerdə yazılıb.

 

Marağalı idmançı bundan əvvəl bildirmişdir ki, məsulların onun problemlərinə laqeyd münasibəti o həddə çatıb ki, ailəsi ona idmandan uzaqlaşmağı, onlarla birlikdə heyvandarlıq və əkinçiliklə məşğul olmağı təklif ediblər.

 

Güney Azərbaycan şəhərlərində fars bölgələrindən fərqli olaraq idman sahəsinə diqqət yetirilmir, əksər idmançılarımız Mustafa Quluzadəyə oxşar vəziyyətdədir. Problemlərdən dolayı bir çox idmançımız qonşu ölkələr, o cümlədən Azərbaycan Respublikası və Türkiyəyə üz tutur.

 

https://www.youtube.com/watch?time_continue=4&v=dM-dMEcykAA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar