SON XƏBƏRLƏR

Mark Esper: “Biz, İran kimi ölkələrin ardıcıl təhdidləri qarşısında daima ayıq olmalıyıq”

2021.10.20, 07:36
Mark Esper: “Biz, İran kimi ölkələrin ardıcıl təhdidləri qarşısında daima ayıq olmalıyıq”

Gunaz.tv

GünazTV: Amerikanın müdafiə naziri Mark Esper fevralın 6-da Vaşinqtondakı Con Hopkins Universitetinin beynəlxalq arşdırmalar fakultetinin tələbələri qarşısında çıxış edərək, İranın dünya birliyinə qarşı təhdidindən, terrorizmə dəstəyindən və Qasım Süleymanidən danışıb.

 

Esper deyib ki, Sepah” terror təşkilatı və onun təmsilçi qrupları Afrikadan tutmuş Orta Şərqə və Əfqanıstana qədər nüfuz edərək, regionun sabitliyini pozmaq məqsədilə təxribat xarakterli fəaliyyətlərini genişləndiriblər: “Bu gün biz İran və Şimali Koreya kimi ölkələrin ardıcıl təhdidləri ilə üz-üzə qalmışıq. Hesab edirəm ki, biz bu kimi ölkələrin, o cümlədən də İranın ardı-arası kəsilməyən təhdidləri qarşısında daima ayıq olmalıyıq.

 

Təəssüflər olsun ki, İran rejimi son 40 ildə, yəni islam inqilabından bu günə qədər Orta Şərqdə baş vermiş bütün dağıdıcı və təxribat xarakterli əməllərin birbaşa məsuludur. Bu gün “Sepah” və ona bağlı təmsilçi qruplar Afrikadan tutmuş Orta Şərqə və Əfqanıstana qədər nüfuz ediblər. Dünyanın artıq hər yerində onların varlığını görmək mümkündür. Mənim isə bu çıxışımda məqsədim, müttəfiqlərimizi əmin etməkdir ki, biz regionda İŞİD-i tam məhv etmək üçün mübarizəmizi davam etdirəcək, İranın pis əməllərinin qarşısında dayanacağıq.

 

“Sepah”ın “Qüds” briqadasının Bağdadda öldürülmüş komandanı Qasım Süleymaniyə gəlincə, hesab edirəm ki, onun öldürülməsi, Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı mübarizəsinə yardım edib. Qasım Süleymaninin əlləri uzun illər minlərlə Amerika əsgərinin, eləcə də İran xalqının qanına batmışdı.

 

Qasım Süleymani və “Sepah” Amerika Birləşmiş Ştatlarına və onun mənafeyinə qarşı yeni hücum planları hazırlamaqda idilər. Məhz buna görə də düşünürəm ki, Süleymaninin aradan götürülməsi İranın uzun illər regionda sərgilədiyi pis əməllərinə və Süleymaninin özünün cinayət xarakterli şəxsi addımlarına qarşı göstərilən uyğun bir reaksiya idi” -deyə, Amerikanın müdafiə naziri Mark Esper, Con Hopkins Universitetinin beynəlxalq arşdırmalar fakultetinin tələbələri qarşısında etdiyi çıxışında bəyan edib.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar