SON XƏBƏRLƏR

Mark Esper: “Qasım Süleymaninin öldürülməsi ilə “Sepah” regiondan geri çəkilməyə vadar edildi”

2021.10.20, 07:36
Mark Esper: “Qasım Süleymaninin öldürülməsi ilə “Sepah” regiondan geri çəkilməyə vadar edildi”

Gunaz.tv

GünazTV: Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Mark Esper martın 4-də Senatın silahlı qüvvələr komitəsinin toplantısında çıxış edərək, “Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin müsbət nəticələrindən danışıb.

 

O deyib ki, Amerika ordusu Qasım Süleymanini öldürməklə “Sepah”ı regiondan geri çəkilməyə vadar edərək, islam respublikasının məntəqədə apardığı təxribat xarakterli fəaliyyəti qarşısında özünün qabaqlayıcı imkan və tədbirlərini gücləndirib: “Hesab edirəm ki, prezident Tramp İraqda amerikalıları öldürmək üçün planlar hazırlayan və çevrilşə cəhd göstərən Qasım Süleymanini aradan götürmək məqsədilə əməliyyat keçirilməsinə göstəriş verməsi düzgün bir qərar idi.

 

Həmin əmliyyatın keçirilməsi ilə bizim İran rejiminin Orta Şərqdəki bədxah niyyətləri qarşısında qabaqlayıcı gücümüz nisbətən bərpa edildi. Məhz buna görə də, düşünürəm ki, prezident Tramp bu xüsusda düzgün qərar verdi” -deyə, ABŞ-ın müdafiə naziri Mark Esper Senatda etdiyi çıxışında bəyan edib.

 

 “Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerika hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar