SON XƏBƏRLƏR

“Maşınsazi”nin yeni baş məşqçisi məlum olub, komandaya xarici oyunçu transfer edilib

2021.10.20, 07:36
“Maşınsazi”nin yeni baş məşqçisi məlum olub, komandaya xarici oyunçu transfer edilib

Gunaz.tv

GünAz TV: Təbrizin “Maşınsazi” futbol klubunun məsulları komandanı çalışdıracaq yeni baş məşqçini təqdim edib.

 

Rza Mühaciri Təbriz derbisindən bir gün əvvəl komandada fəaliyyətə başlayıb.

 

O ötən günlərdə “Maşınsazi” klubunun İdarə Heyəti tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılan Firuz Kəriminin yerinə təyin edilib.

 

Rza Mühaciri

 

Digər xəbərə görə, “Traxtur”un ingilis oyunçusu Harry Forster “Maşınsazi” klubu ilə müqavilə imzalayaraq bu komandaya transfer edilib.

 

Xarici hücumçu oyunda xəsarət aldığı üçün “Traxtur”un baş məşqçisi Con Toşak tərəfindən komandadan uzaqlaşdırılıb. Baş məşqçi “ideal şəraitdə olmayan bir oyunçudan düzgün istifadə etmək mümkün deyil” deyərək onu yetirmələrinin sırasından kənarlaşdırıb.

 

Şotlandiyanın (İskatlənd) Qlazqo şəhərini təmsil edən "Rangers" klubunun oyunçusu Harry Forster iyul ayında  “Traxtur” klubu ilə 2 illik müqavilə imzalayaraq komandaya cəlb olunmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar