SON XƏBƏRLƏR

Mədəniyyətlərarası dialoq

2021.10.20, 07:36
Mədəniyyətlərarası dialoq

Gunaz.tv
Mədəniyyətlərarası dialoq "Qadın olan yerdə nifrətə yer yoxdur" Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyətlərarası dialoqun inkişafında qadınların potensialından istifadə etməyə çağırdı Dünən Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" adlı ikigünlük beynəlxalq konfrans açılıb. Müxtəlif ölkələrdən 400-ə yaxın nümayəndənin qatıldığı tədbirdə sivilizasiyalararası münasibətlərdə qadınların rolu, problemlər, anlaşma, münaqişələr digər məsələlər müzakirə olunur. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Forumun işində Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Polşanın birinci xanımı Mariya Kaçinskaya, Latviyanın birinci xanımı Lilita Zatvere, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke və Anqolanın birinci xanımı Anna Paula Tuş Santuş, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Argentinanın vitse-prezidentinin xanımı Kristina Çerutti de Kobos, Texas ştatı qubernatorunun xanımı Anita Kerri, RF Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova, BMT, İKT, digər beynəlxalq təşkilatların nümayəndələri və s. qonaqlar iştirak edib. Prezident İlham Əliyevin konfrans iştirakçılarına göndərdiyi müraciətdə dinlərarası dialoqda neqativ tendensiyaların aradan qaldırılması üçün qadınların mühüm rolu vurğulanıb. "Qadınlar cəmiyyət problemlərin həll edilməsində həlledici rol oynayırlar", - deyə Azərbaycan prezidentinin konfrans iştirakçılarına ünvanladığı müraciətdə bildirilir. Dövlət başçısı vurğulayıb ki, məhz qadınların köməkliyi ilə bəşəriyyət qlobal dünyada problemlərdən xilas ola bilər. Prezident mədəniyyətlərarası dialoqun inkişafında qadınların roluna dair beynəlxalq konfransın Bakıda keçirilməsini simvolik adlandırıb. "Mədəniyyətlərarası dialoq problemlərinə qadınların gözü ilə baxılmalıdır", - deyə UНESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında bildirdi. Mehriban xanım diqqəti buna yönəltdi ki, sivilizasiyalararsı münasibətlərin inkişafında qadınların rolu vacibdir: "Qadın olan yerdə sevgi, hörmət və səmimiyyət var və nifrət və münaqişələrə yer ola bilməz. Dünyanın alim və siyasətçiləri son 15 il ərzində dialoq və ya qarşıdurma sualına cavab axtarırlar. Buna görə, sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində qadınların potensialından istifadə etmək zəruridir". Ölkənin birinci xanımı hesab edir ki, qarşıdurmanın aradan qaldırılması ilə bağlı əngəllərə də qadınların gözü ilə baxılmalıdır. UНESCO-nun Azərbaycanda elmi, mədəni və digər humanitar sahələrdə həyata keçirilən layihələri dəstəklədiyini xatırladan Əliyeva onu da vurğuladı ki, Bakı bu istiqamətdə əlindən gələni edəcək. YUНESKO-nun baş direktoru Koitsira Matsuura da qadınların qloballaşan dünyada mədəniyyətlərarası dialoqun inkişafında mühüm rolu olduğunu qeyd edib. O, konfrans iştirakçılarına videomüraciətində vurğulaıyıb ki, qadınlar mədəniyyət və ənənələrin daşıyıcılarıdır: "Lakin bu gün qloballaşma çox sürətlə gedir və bu, qadınların üzərinə yeni vəzifələr qoyur. Odur ki, onlar ictimai həyatda daha fəal iştirak etməlidirlər". İSESCO-nun (İKT-nin təhsil, mədəniyyət və elm üzrə təşkilatı) baş direktoru Əbdüləziz Otman Altvaicri isə çıxışında diqqəti ona yönəltdi ki, bu cür dialoqların fanatizm, terrorçuluq, ekstremizm və s. aradan qaldırılmasında böyük əhəmiyyəti var. Altvaicrinin sözlərinə görə, qadınlar ev işləri ilə məhdudlaşmamalı, ictimai həyatda fəal iştirak etməlidirlər. Bu fəallıq beynəlxalq həyatda da təmin olunmalıdır, qadınlar sülh və sabitliyin hökm sürməsində və nifrət və düşmənçiliyin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər. Konfransda çıxış edən birinci ledilər qadınların mədəniyyətlərarası dialoqdakı mümkün rolundan danışdılar. Polşanın birinci xanımı Mariya Kaçinskaya dedi ki, ölkəsi tolerantlıq, dözümlülük və mədəniyyətlərarası dialoqun inkişafı ənənələrini saxlamağa çalışır. Onun sözlərinə görə, qadınların hüquqları Polşa qanunvericiliyində öz əksini tapıb. Xanım Kaçinskaya qadın hüquqlarının fəal mübarizi kimi anaların işədüzəlməsi kampaniyasına qoşulduğunu da vurğuladı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan isə diqqəti ona yönəltdi ki, Azərbaycan bu istiqamətdə çox zəngin tarixi təcrübəyə malikdir: "Zaman keçdikcə ölkələr arasındakı sərhədlər yox olur və qadınların rolu daha da artır. Ancaq bununla yanaşı xürafat da artır. Elə etmək lazımdır ki, bu, sivilizasiyaların qarşıdurmasına gətirib çıxarmasın". Ə.Ərdoğan xatırlatdı ki, Türkiyə məsələn, İspaniya ilə birgə 2005-ci ildə indiki forumun keçirilməsi təşəbbüsünü irəli sürüblər və bu ideya o vaxtdan daha böyük dəstək qazanıb. İkinci belə forum 2009-cu il il aprelin 2-3-də İstanbulda keçiriləcək. Ə.Ərdoğanın sözlərinə görə, İpək Yolu mədəniyyətlər və dinlərarası dialoqun yaranmasına köməklik edəcək. Anqolanın birinci xanımı Anna Paula Duş Santuş həyat yoldaşının Azərbaycanda Нeft Akademiyasında təhsil aldığını xatırladaraq iki ölkə arasında əlaqələrdən, ölkəsində qadınların ictimai həyatda rolundan bəhs edib. CAR prezidentinin xanımı Zanele Mbeki, Latviyanın birinci xanımı Lilita Zatlere, həmçinin Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de Kobos və Amerikanın Texas ştatının qubernatorunun xanımı Anita Peri öz ölkələrində qadınların vəziyyətindən danışdılar. Onlar ümidvar olduqlarını bildirdilər ki, Bakı forumu bəşəriyyətin aktual problemlərinin həllində qadınların rolunun canlanmasına xidmət edəcək. Rusiya Federasiyası Şurasının sədr müavini Svetlana Orlova isə Federasiya Şurası rəhbərliyinin müraciətini oxudu. "Əminəm ki, Bakı konfransınıq keçirilməsi müasir çağırışlara cavab verəcək və mədəniyyətlərarası dialoqun genişlənməsinə xidmət edəcək",-deyə RF Federasiya Şurasının sədri Sergey Mironovun müraciətində bildirilir. Daha sonra S.Orlova bildirdi ki, dünyaya harmoniya lazımdır, bu baxımdan qadının rolu vacibdir: "Bu gün mühəndisdən, kosmonavtdan öncə yaxşı analar lazımdır". Gənc qadınlar da Bakıda toplaşacaq... Konfrans çərçivəsində Gənclər Forumu da keçirildi. İKT Gənclər Forumunun sivilizasiyalararası dialoq üzrə koordinatoru Leyla Əliyeva gənc qadınların cəmiyyətdə rolunun artırılması üzrə seminarlar keçirilməsi təşəbbüsü ilə çıxış edərək "Gənc qadınların beynəlxalq dialoqda rolu" mövzusunda ilk beynəlxalq konfransı 2009-cu ildə Bakıda keçirməyi təklif etdi:"Münaqişələrin ilk qurbanları gənc qadınlardır. Qadınların hüquqlarının gücləndirilməsi daha təhlükəsiz sülhə zəmanət verə bilər". Qadınların hüquqlarının qorunmasında İslamın rolunu qeyd edən Leyla xanım diqqəti buna yönəltdi ki, İslamda qadınların hüquqları Qərb mətbuatının yazdığı kimi təqdim olunmur: "Bunu başa düşmək üçün əl-ələ çalışmaq lazımdır". Öz növbəsində BMT-nin sosial-iqtisadi məsələlər idarəsinin QHT şöbəsinin direktoru Hənifə Mezui diqqəti buna yönəltdi ki, qadınlar münaqişələrin həlli üçün sözlərini deyə bilərlər: "Dünyanın böyük sayda hərbi münaqişələr təhlükəsilə üz-üzə dayandığı bir vaxtda bizim birləşməyimiz və qadınların rolunun gücləndirilməsi, daha dinc yanaşmalara tərəfdar olmaları üçün siyasətçilərlə iş aparılması vacibdir". Mezuiyə görə, ümumilikdə, dünyada qadınların vəziyyəti yaxşılaşmayıb, belə ki, onlar hələ də karyera qurmaqda, təhsil, müalicə almaqda çətinlik çəkirlər: "Əhalinin zəif təbəqəsinin müdafiəsi üçün hər şeyi etmək lazımdır. Qadınlar dünyanı daha təhlükəsiz etmək funksiyasını öz üzərlərinə götürməlidirlər". Araşdırmanın nəticələri göstərib ki, hətta inkişaf etmiş ölkələrdə də qadınların təhsil, səhiyyə, dövlət qulluğunda iş sahələrində problemləri var. Bununla yanaşı, BMT rəsmisi ölkəmizdə vəziyyətin qənaətbəxş olduğunu vurğulayaraq Azərbaycanda qadınlara səsvermə hüququnun Avropanın bəzi ölkələrindən tez verildiyini vurğuladı. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar