SON XƏBƏRLƏR

SEPAH medianı təhdid etdi

2022.12.29, 08:31
SEPAH medianı təhdid etdi

Gunaz.tv

Dekabrın 28-də çıxış edən SEPAH-ın ictimaiyyətlə əlaqələr bölməsinin başçısı xaricdə İranla bağlı fəaliyyət göstərən medianı düşmən adlandıraraq, onların iranlıların düşüncə tərzlərini dəyişməyə və mənfi təsir buraxmağa çalışdıqlarını deyib.

O, xaricdə fəaliyyət göstərən mediaya nəzarət etdiklərini iddia edib və onların hər birinə ayrı-ayrılıqda cavab veriləcəyini söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmail Qaani də xaricdə fəaliyyət göstərən medianı təhdid edib.

"Bir gün bizim əleyhimizə media fəaliyyəti göstərənlər bir gün ağır zərbə alacaqlar",-deyə, Qaani təhdid etmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar