SON XƏBƏRLƏR

Məhəmməd Baqiri: “Hörmüz boğazını bağlamaq istəsək, bunu açıq şəkildə edəcəyik”

2021.10.20, 07:36
Məhəmməd Baqiri: “Hörmüz boğazını bağlamaq istəsək, bunu açıq şəkildə edəcəyik”

Gunaz.tv

GünazTV: İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri iyunun 17-də Tehranda keçirilən bir tədbirdə çıxış edərək, Oman dənizində iki neft tankerinə hücumdan və Hörmüz boğazından danışıb.

 

İranın Əl-Fuceyrə limanında və Oman körfəzində neft tankerlərə hücumu ilə bağlı ittihamları  rədd edən Baqiri deyib ki, əgər İran İslam Respublikası Hörmüz boğazını bağlamaq istəsə, bu niyyətini gizlətmədən açıq şəkildə həyata keçirəcək: “İran İslam Respublikası körfəzdən hər hansı bir neftin ixrac olunmasının qarşısını almaq üçün Hörmüz boğazını bağlamaq istəsə, bunu açıq şəkildə edəcək və bizim silahlı qüvvələrimiz bununla bağlı öz iradəsini ortaya qoyacaq.

 

Bizim o qədər şücaətimiz var ki, atdığımız addımların məsuliyyətini öz üzərimizə götürək. Biz, dünyanın sabitliyini pozan Amerika və onun regional və müttəfiqləri kimi hiylə işlətməyəcək, gizli iş görməyəcəyik və belə bir niyyət və iradəmiz olsa, bunu açıq şəkildə elan edəcəyik”.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar