SON XƏBƏRLƏR

Məhəmməd Bin Salman: “İranın məqsədi nüvə silahı istehsal etməkdir. Bunun isə qarşısı elə indidən alınmalıdır”

2021.10.20, 07:36
Məhəmməd Bin Salman: “İranın məqsədi nüvə silahı istehsal etməkdir. Bunun isə qarşısı elə indidən alınmalıdır”

Gunaz.tv

GünAzTV: Amerikada səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman, martın 27-də Nyu-York Tayms qəzetinə müsahibəsində İranın nüvə proqramından və region ölkələrinə qarşı təhdidindən danışıb.

 

O bildirib ki, İran nüvə silahına yiyələnməklə, Orta Şərqdə istədiyini həyata keçirmək niyyətindədir: “İran ona görə nüvə silahına yiyələnməyə can atır ki, bu silaha sahib olandan sonra, bölgədə başqalarının reaksiyasından çəkinmədən, Orta Şərq regionunda öz hədəflərini gerçəkləşdirə bilsin. Bizim İranın gerçək hədəf və niyyətindən xəbərimiz var.

 

Əgər iranlılar nüvə silahına yiyələnsələr, onu özləri üçün bir sipərə çevirərək bölgədə istədikləri addımı atacaqlar. Onlar, nüvə silahına yiyələnməklə əmin olmaq istəyirlər ki, heç kəs onlara hücum etməyəcək. Çünki başqalarının hücumuna məruz qaldıqları təqdirdə həmin silahdan istifadə edə biləcəklər. Elə buna görə də hesab edirəm ki, bu məsələ qarşısında sakit qalıb nəzarətçi rolunu oynamağa, İranın nüvə silahına yiyələnməsinə imkan verməyə ehtiyac yoxdur. Hamıya bəllidir ki, İranın məqsədi və niyyəti nüvə silahı istehsal etməkdir. Bunun isə qarşısı düşünürəm ki, elə indidən alınmalıdır”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar