SON XƏBƏRLƏR

Mehriban Əliyeva: “Qadın olan yerdə düşmənçilik və nifrətə yer yoxdur”

2021.10.20, 07:36
Mehriban Əliyeva: “Qadın olan yerdə düşmənçilik və nifrətə yer yoxdur”

Gunaz.tv
Mehriban Əliyeva: “Qadın olan yerdə düşmənçilik və nifrətə yer yoxdur” Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iki günlük beynəlxalq konfrans işinə başlayıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, qadın olan yerdə səmimiyyət və sevgi var, düşmənçilik və nifrətə yer yoxdur. Mehriban Əliyeva qadının potensialının mədəniyyətlərarası dialoqda artırılmasının vacibliyini vurğulayıb. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin, UNESCO və ISESCO baş katiblərinin təbrik məktubları oxunduqdan sonra Polşa prezidentinin xanımı Mariya Kaçinska çıxış edib. Mədəniyyətlərarası dialoqda qadının rolunun vacib olduğunu deyən M. Kaçinska ölkəsində bu məsələyə böyük diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, dünyada ailə böhranı yaranır, nəticədə uşaqlara diqqət azalır. Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan isə çıxışında dünyada qloballaşmanın getdiyini, qadının rolunun artdığını deyib. Onun sözlərinə görə, İpək Yolu mədəniyyətlər və dinlərarası dialoqun yaranmasına köməklik edəcək. Anqolanın birinci xanımı Anna Paula Duş Santuş həyat yoldaşının Azərbaycanda Neft Akademiyasında təhsil aldığını xatırladıb, iki ölkə arasında əlaqələrdən danışıb. O, ölkəsində qadınların ictimai həyatda rolundan bəhs edib. Rusiya Federasiyası Şurasının sədr müavini Svetlana Orlova bildirib ki, dünyaya harmoniya lazımdır, bu baxımdan qadının rolu vacibdir: “Bu gün mühəndisdən, kosmonavtdan öncə yaxşı analar lazımdır”. Latviyanın, Cənubi Afrika Respublikasının birinci xanımları çıxış edərək qadının rolundan danışıblar. www.525.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar