Mərhum Həsən Dəmirçi ailəsindən Azərbaycan əhalisinə qədirdanlıq və təşəkkür mesajı

01.07.2018, 22:11

GünAz TV: Ötən günlərdə Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edən tanınmış azərbaycanlı milli-mədəni fəal və musiqi ustadı Həsən Dəmirçinin (Həsən Azərbaycan) ailəsi mərhumun dəfn və 3 mərasimində aktiv iştirak etdiklərinə görə Azərbaycan əhalisinə öz təşəkkürünü bildirib.

 

Ailənin qədirdanlıq mesajı şənbə günü iyunun 30-da yayılıb.

 

““Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan

Arif olan nakam getməz bu dünyadan, bu dünyadan”

Azərbaycan deyərək yaşadı, ürəyi can Azərbaycan deyərək dayandı.

Ustad Həsən Dəmirçinin ailəsi olaraq istər müalicə aldığı zaman xəstəxanaya gələnlər, istər o əziz insanın vəfatından sonra mərhumun dəfn və 3 mərasimində iştirak edənlər, həmçinin lövhə yazdıranlar və gül çələngi gətirənlər hamısı bu ağır itkidən dolayı bizim kədərimizə şərik oldular. Bu vasitə ilə hər kəsə öz minnətdarlığımızı bildirərək xalqımızın qarşısında baş əyirik”- deyə ustad Dəmirçinin ailə üzvlərinin paylaşdığı mesajda bildirilir.

 

İran rejimi dəfn mərasiminə qatılmaq istəyən fəallara təzyiq görtərmək, onlardan bir neçəsini yaxalamaq, həmçinin 3 mərasimi ilə bağlı hazırlanan bildiriş vərəqələrini zəbt etmək və mərasimin nəzərdə tutulan yerdə keçirilməsinə imkan verməmək kimi yollarla mərhumla bağlı keçirilən mərasimlərdə problem yaratmağa çalışdı, lakin bütün bunlara baxmayaraq ustad Həsən Dəmirçinin dəfn və 3 mərasimi azərbaycanlılar tərəfindən yüksək səviyyədə keçirildi.

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

Mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

İyunun 24-də dünyasını dəyişən mərhum Həsən Dəmirçi vəfatından bir gün sonra Təbrizdə “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20