SON XƏBƏRLƏR

Amerika hökumət rəsmilərinin İran xalqlarına dəstək mesajı yayılıb

2022.10.13, 11:11
Amerika hökumət rəsmilərinin İran xalqlarına dəstək mesajı yayılıb

Gunaz.tv

Bu mövqelərdə açıq şəkildə qeyd olunub ki, nüvə danışıqlarının canlandırılması artıq Amerikanın prioriteti deyil.

Başqa tərəfdən Bayden hökuməti dünyanın diqqətini İran xalqlarının tələblərinə yönəltməyə və onları rabitə vasitələri ilə təmin etməyə çalışdığını bildiriblər.

"İran xalqının cəsarəti və öz azadlıq və əsas hüquqlarına nail olmaq üçün dinc etirazlarını davam etdirməsi təqdirəlayiq və təsirləndiricidir.

Bayden hökuməti dünyanın diqqətini etirazçılar və İranda hökumət əleyhinə nümayişlərdə iştirak edənlərin tələblərinə yönəltməyə çalışır",- deyə, Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays bildirib.

Digər tərəfdən, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Cek Sollivan Corctaun Universitetində keçirdiyi görüşdə Bayden administrasiyasının İran etirazlarına qarşı siyasətini açıqlayıb.

O, etirazların yatırılması bir vaxtda İran hakimiyyətinə qarşı sanksiyaların funksiyası haqqında danışıb və bildirib ki, İranda baş verən davranışlara görə İran hökumətinin cavabdehliyi barədə iş aparılmalıdır.

Bu bəyanatlarla eyni vaxtda Amerika dövlət katibinin müavini Vendi Şerman İrandakı etirazlarla bağlı şərhində etirazçıların zorakılıqla yatırılmasını insan hüquqlarının təhqiri adlandırıb. 

Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali də bildirib ki, ölkəsi İran xalqlarının dinc şəkildə etiraz etdikləri üçün kritik kommunikasiya vasitələrini onlara təqdim etməyə sadiqdir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar