SON XƏBƏRLƏR

Amerika ilə İsrail arasında "Yerusəlim Bəyannaməsi" imzalandı: “İran heç vaxt nüvə silahına sahib olmayacaq”

2022.07.14, 17:00
Amerika ilə İsrail arasında "Yerusəlim Bəyannaməsi" imzalandı: “İran heç vaxt nüvə silahına sahib olmayacaq”

Gunaz.tv

Dörd səhifəlik “Yerusəlim Bəyannaməsi”ndə iki ölkə liderlərinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq öhdəliyi vurğulanır və İranın “heç vaxt” nüvə silahı əldə etməyəcəyi bildirilir.

Amerika və İsrail rəsmilərinin “tarixi” adlandırdıqları bəyanatda iki ölkə arasında “xüsusi əlaqələr” və Vaşinqtonun İsrailin təhlükəsizliyinə sadiqliyinin genişləndirilməsi vurğulanır.

"İranın düşmənçiliyi yəhudilərin yeganə ölkəsi olan İsraili təhdid edir. Yalnız diplomatiya və sözlər İranı dayandıra bilməyəcək və iranlıların davamlı hiləgərliklərinin bədəli ağır olacaq"-deyə, bəyannamə imazalandıqdan sonra Yair Lapid bildirib.

Ancaq CO Bayden deyib ki, “diplomatiya hələ də ən yaxşı həll yoludur” və Amerika İrandan gələn təhdidlərə qarşı İsraillə əməkdaşlığı davam etdirəcək.

Cənab Bayden həmçinin bildirib ki, onun administrasiyası İbrahim Sülh Sazişlərini genişləndirmək və İsraili bölgəyə mümkün qədər inteqrasiya etmək üçün çalışır. Bu razılaşmaların təşəbbüskarı Amerikanın keçmiş prezidenti Donald Tramp və İsrailin keçmiş baş naziri Benyamin Netanyahu olub.

Həmin görüşün sonunda İsrailin baş naziri jurnalistlərə bildirib ki, biz regionda İrana qarşı mötədil qüvvələrdən ibarət koalisiya yaratmağa çalışırıq.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar