SON XƏBƏRLƏR

Amerika Oman dənizində böyük partlayıcı yükü ələ keçirib

2022.11.15, 13:09
Amerika Oman dənizində böyük partlayıcı yükü ələ keçirib

Gunaz.tv

Bu gəmi İran ərazisindən və əvvəllər Yəmənin Husi silahlı qruplaşması üçün silah qaçaqmalçılığı üçün istifadə edilən Oman dənizi marşrutu ilə keçdiyi zaman saxlanılıb.

Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması noyabrın 15-də bəyanat yayaraq, Birləşmiş Ştatlar qüvvələrinin gəmidə adətən raket və raket yanacağı, eləcə də partlayıcı maddələr hazırlamaq üçün istifadə edilən 70 tondan çox ammonium perklorat tapdığını bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı, 5-ci Donanma və Birləşmiş Qüvvələr Komandanlığının komandiri Bred Kuper,  bunun ondan çox orta mənzilli ballistik raketlərin yanacağı üçün kifayət qədər böyük miqdarda partlayıcı olduğunu deyib.

"İrandan qeyri-qanuni şəkildə ölümcül yardımın ötürülməsi də diqqətdən yayınmır. Bu, məsuliyyətsiz və təhlükəlidir və bütün Yaxın Şərqdə zorakılığa və qeyri-sabitliyə gətirib çıxaracaq",-deyə, o bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması ələ keçirilən gəmidə 4 nəfərdən ibarət yəmənli ekipajın olduğunu, kənd təsərrüfatında və həmçinin partlayıcı maddələrin hazırlanmasında istifadə edilən 100 ton karbamid gübrəsi daşıdığını bildirib.

Gəminin kommersiya daşımaları üçün təhlükəli hesab edildiyi üçün ABŞ qüvvələrinin bazar günü onu Oman dənizində batırıb və onun heyəti Yəmən sahil mühafizəsinə təhvil verildiyi qeyd edilib.

İran hakimiyyət orqanları hələ də bu partlayıcı yükün aşkarlanmasına reaksiya verməyib.

2015-ci ildən İranın dəstəklədiyi ilə husilərə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya dəfələrlə Tehranı bu qruplaşmanı silahla təmin etməkdə ittiham edib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar