SON XƏBƏRLƏR

Amerika Oman sahillərində neft tankerinə pilotsuz təyyarələrin hücumu ilə İranın əlaqəsini təsdiqləyib

2022.11.23, 11:01
Amerika Oman sahillərində neft tankerinə pilotsuz təyyarələrin hücumu ilə İranın əlaqəsini təsdiqləyib

Gunaz.tv

Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının komandiri İslam Respublikasının Oman sahillərində kommersiya neft tankerinə hücumunu “qəsdən, biabırçı və təhlükəli” adlandırıb.

"Bu hücum gəmi heyətinin həyatını təhlükəyə atıb və Orta Şərqdə dəniz təhlükəsizliyini pozub",-deyə, o bildirib.

Qeyd edək ki, noyabrın 16-da Omanın dəniz sahillərinə yaxın ərazidə Liberiya bayrağı altında üzən və israilli milyarderə məxsus “Pacific Zircon” neft tankerinə dron-kamikadze ilə hücum olunmuşdu.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar