SON XƏBƏRLƏR

Amerika qanunvericilərindən Bayden hökumətinə müraciət: “İranla məzhəkəli danışıqlar dayandırılmalıdır”

2022.01.13, 11:35
Amerika qanunvericilərindən Bayden hökumətinə müraciət: “İranla məzhəkəli danışıqlar dayandırılmalıdır”

Gunaz.tv

Vyanada İranla aparılan məzhəkəli və səmərəsiz nüvə danışıqlarının dayandırılmasını, Tehrana qarşı sanksiyaların tam icrasını tələb ediblər.

Qanunvericilər bununla bağlı dövlət katibi Antoni Blinkenə yazdıqları məktubda bildiriblər ki, Tehranla danışıqlar dayandırılmalı, keçmiş prezident Donald Tramp hökumətində İrana qarşı tətbiq edilən sanksiyalar tam icra olunmalıdır.

“ABŞ rəsmilərinin Vyana danışıqları ilə bağlı səsləndirdiyi son bəyanatları göstərir ki, hazırda İranın nüvə probleminin konstruktiv həlli üçün hər hansı bir diplomatik bir yol yoxdur. 

Halbuki, İran həmin fürsətdən faydalanaraq və inkişaf etdirilmiş sentrifuqalardan istifadə edərək nüvə avadanlığının istehsalını davam etdirir, 20 və 60 faiz səviyyəsində zənginləşdirdiyi uranı depolamaqla özünün nüvə fəaliyyətini irəli aparır. 

Hesab edirik ki, Amerika Birləşmiş Ştatları və onun tərəfdaşları apardığı təhlükəli nüvə fəaliyyətinə görə İrana qarşı təzyiqi gücləndirməli, Tehrana qarşı tətbiq olunmuş mövcud sanksiyaları tam şəkildə icra etməlidirlər”, -deyə ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Partiyasından olan 110 qanunvericisinin dövlət katibi Antni Blinkenə yazdığı birgə məktubunda bildirilir. 

اکثریت مجلس نمایندگان آمریکا به دموکرات‌ها رسید را حفظ کردند؛ سنا به دور  دوم کشید

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar