SON XƏBƏRLƏR

Amerika: "İran Albaniyaya kiber hücuma görə NATO tərəfindən cəzalandırıla bilər"

2022.09.08, 08:12
Amerika: "İran Albaniyaya kiber hücuma görə NATO tərəfindən cəzalandırıla bilər"

Gunaz.tv

Karin Jean-Pierre Ağ Evdə keçirdiyi mətbuat konfransında Amerikanın cavabı ilə bağlı suala cavab verərək İranın bir NATO üzvünə qarşı bu hərəkəti ilə bağlı cəzalandırıla biləcəyi ehtimalının olduğunu deyib.

"5-ci maddəni aktivləşdirməzdən əvvəl keçməli olan bir neçə proses var və bu, NATO üzvlərinin qərar verməli olacaqları bir şeydir"-deyə, Ağ Evin sözçüsü bildirib.

NATO Müqaviləsinin 5-ci maddəsi Amerika və onun müttəfiqlərini Şərqi Avropadakı NATO üzvlərindən hər hansı birinə hücuma məruz qaldıqda onlara kömək etməyə məcbur edir.

 Amerika Milli Təhlükəsizlik Şurası da, bəyanat yayaraq Amerikanın İran İslam Respublikasını təhlükəsizliyi pozan və müttəfiqlərini təhdid edən hərəkətlərinə görə cavab verməyə məcbur edəcəyi barədə xəbərdarkıq edib.

Qeyd edək ki, beynəlxalq səviyyədə reaksiyalardan sonra İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq kiberhücumlar barədə ittihamları rədd edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar