SON XƏBƏRLƏR

Amerika İranın iki nef tankerini müsadirə edib

2022.03.11, 05:16
Amerika İranın iki nef tankerini müsadirə edib

Gunaz.tv

Xəbərdə deyilir ki, Tehran sanksiyalara cavab olaraq neftini daşımaq üçün sənədlərin saxtalaşdırılması və gəminin göyərtəsinin yenidən rənglənməsi kimi mürəkkəb əməliyyatlar həyata keçirir.

Müsadirə ilə bağlı təfərrüatlar keçən ay Yunanıstana məxsus iki tankerin Baham adalarında və Hyustonda 38 milyon dollar dəyərində yüklərini boşaltdıqdan sonra Amerika məhkəmələrinin göstərişi ilə baş tutub.

İran rəsmiləri isə son aylarda dəfələrlə Amerika sanksiyalarından yan keçərək ölkə neftinin bir hissəsini sata bildiklərini bildiriblər.

Keçən ay İran Mərkəzi Bankı cari günəş ilinin birinci yarısında İranın 18,6 milyard barrel neft sata bildiyini göstərən statistik rəqəmlər açıqlayıblar, halbuki öncəki ilin eyni dövründə bu təxminən 8,5 milyard barelə bərabər olub.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar