SON XƏBƏRLƏR

İranla bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb

2022.03.17, 06:36
İranla bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb

Gunaz.tv

Məlumata görə, iclas bu ölkə İranın bu yaxınlarda İraqın Ərbil şəhərində İsrailə bağlı olduğu iddia edilən mərkəzə endirdiyi raket zərbəsini pisləmək üçün çağırılıb.

“Bu gün Amerika İranın İraq Kürdüstanına raket hücumunu pisləmək üçün Təhlükəsizlik Şurasında danışıqlara çağırıb. Ərbildəki mülki yaşayış məntəqəsinə edilən bu təhlükəli və əsassız hücum İraqın suverenliyi və ərazi bütövlüyünün qəddarcasına pozulması idi”-deyə, daimi nümayəndəliyin sosial media hesabında bildirilib.

Paylaşımda Təhlükəsizlik Şurasının İranın bu hərəkətini pisləməli olduğu və İraqda demokratiyanın qurulmasına, bu ölkənin sabitliyinə dəstək verilməsinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, martin 13-ü bazar günü İran İraqın Ərbil şəhərinə "Fateh-110" balistik raketləri atıb.

İran rəsmilərinin raketlərin İsrailin Ərbildə yerləşən təlim mərkəzinə atıldığını iddia etmələrinə baxmayaraq, araşdırmalar hədəfin mülki yaşayış məntəqəsi olduğunu sübut edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar