SON XƏBƏRLƏR

Amerika və Səudiyyə İranla bağlı birgə bəyanat yaydı

2022.07.16, 05:51
Amerika və Səudiyyə İranla bağlı birgə bəyanat yaydı

Gunaz.tv

Amerika prezidenti Co Baydenin Ciddə səfərindən sonra yayılan Amerika və Səudiyyə Ərəbistanı birgə bəyanatda İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulanıb.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi xəbər yayıb.

Məlumata görə, iki ölkənin birgə bəyanatında Amerika və Səudiyyə Ərəbistanı İranın ölkələrin daxili işlərinə qarışmasını, ona bağlı qruplar vasitəsilə terroru dəstəkləməsini və regionda sabitliyi pozan hərəkətlərini pisləyib və bu siyasətin dayandırılmasını tələb ediblər. 

Bu bəyanatda Co Baydenin ABŞ-ın Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə ciddi və sabit bağlılığını vurğuladığı bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar