SON XƏBƏRLƏR

Amerikalı respublikaçılar İbrahim Rəisinin Nyu-Yorkda olmasına qarşıdırlar

2022.09.21, 07:45
Amerikalı respublikaçılar İbrahim Rəisinin Nyu-Yorkda olmasına qarşıdırlar

Gunaz.tv

Amerikalı Respublikaçı senator Ted Kruz, Raəsini qatil və terrorçu kimi xarakterizə edib və Rəisinin Amerika torpaqlarında olmasına icazə verilməsini qorxunc  səhv adlandırıb.

İran vətəndaşı 22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisi tərəfindən öldürülməsinə toxunan Ted Kruz deyib ki, Amerika prezidenti Co Bayden Rəisinin Açerikaya daxil olmasına mane ola bilərdi, ancaq o, bundan imtina edib.

Amerikanın başqa respublikaçı senatoru Coni Ernst də oxşar bəyanatlarla İran prezidentinin Nyu-Yorkda olmasına qarşı olduğunu bildirib.

Amerika Senatının tanınmış üzvü Lindsey Graham da “İslam Respublikası”nı beynəlxalq aləmdə təcrid olunmuş və rədd edilən terror təşkilatı hesab edib. 

Qrahamın fikrincə, başqa ölkələrin Tehranla qarşılıqlı əlaqəsi beynəlxalq ictimaiyyətin terror qruplaşması ilə qarşılıqlı əlaqəsi kimi olmalıdır.

Başqa bir amerikalı senator Ceyms Lankford İran prezidentinin başqa ölkələrdə Amerika vətəndaşlarına sui-qəsd təşkil etməsinə və regionda qeyri-sabitlik faktorlarından biri olduğuna işarə edərək, onun Amerika torpağına girməsinin yaxşı fikir olmadığını qeyd edib.

Digər tərəfdən, demokrat senator və Amerika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez İbrahim Raesinin BMT-də olmasını ona təzyiq göstərmək üçün yaxşı fürsət hesab edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar