SON XƏBƏRLƏR

Amerikanın Dövlət Departamenti hesabatında güneyli fəalların durumuna toxunub

2022.04.16, 21:31
Amerikanın Dövlət Departamenti hesabatında güneyli fəalların durumuna toxunub

Gunaz.tv

İranda insan haqlarının vəziyyəti ilə bağlı 81 səhifəlik hesabatda bir sıra insan haqları pozuntuları, o cümlədən etnik və dini azlıqların sıxışdırılması, çoxsaylı işgəncə halları, geniş siyasi həbslər, dinc toplantıların qeyri-mümkünlüyü, internetə qoyulan məhdudiyyətlər, internətə çıxışın süzgəcdən keçirilməsi və s. əks olunub.

“İyul ayında BMT-nin xüsusi məruzəçisi İran hakimiyyətinin Azərbaycan cəmiyyətinin vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Abbas Lisani və Əlirza Fərşini azlıqların hüquqlarını qoruduğuna görə təqib etməkdə davam etdiyini bildirib”-deyə, Dövlət Departamentinin hesabatında azərbaycanlı fəalların vəziyyəti ilə bağlı hissəsində qeyd edilib.

İllik hesabatda deyilir:

“İran İnsan Haqları Mərkəzinin fevral hesabatına görə, 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə milli təhlükəsizliyə zidd hərəkət etməkdə ittiham olunaraq həbs edilən cənab Fərşi Evin həbsxanasının məmurları tərəfindən fiziki təzyiqə məruz qalıb və ciddi zədələnib. O, həmçinin yeni ittihamlarla üzləşib. 

Yanvarın 14-dən iyunun 14-dək cənab Lisani və digər yeddi azərbaycanlı siyasi məhbus məhkəmə və həbsxana məmurlarının məhbuslara qarşı pis davranışlarına etiraz olaraq quru aclıq aksiyasına əl atıblar. 

Rəsmilər aclıq aksiyası keçirən məhbusların tibbi məzuniyyətə buraxılması və siyasi məhbusların təhlükəli məhbuslarla eyni yerdə saxlanılmaması da daxil olmaqla məhbusların istəklərinə baxacaqlarını vəd verib. Ancaq vədlərini yerinə yetirməyiblər”.

Hesabatın başqa bir bölümündə azərbaycanlıların ayrı-seçkiliyə məruz qladıqları qeyd olunur və onların fəallara qarşı hökumətin basqılarından, tarixi yer adlarının dəyişdirlməsindən narahat olduqları bildirilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar