SON XƏBƏRLƏR

Amerikanın Milli Təhlükəsizlik Şurası İrana güzəşt edilməsi barədə xəbərləri rədd edib

2022.08.19, 06:54
Amerikanın Milli Təhlükəsizlik Şurası İrana güzəşt edilməsi barədə xəbərləri rədd edib

Gunaz.tv

Qurum Beynəlxalq Atom Enerjisi Agentliyinin təhqiqatlarının başa çatması və İranda fəaliyyət göstərən Qərb şirkətlərinə qarşı sanksiyalardan azad edilməsi üçün İran tərəfindən tələb olunan təminatların verilməsi ilə bağlı Bayden iqtidarının razılığına dair xəbərləri rədd edib.

"Biz heç vaxt belə şərtləri qəbul etmirik. Biz düzgün işləyən razılaşmadan heç vaxt çıxmazdıq. İndiyədək İranın nüvə proqramının sürətlə genişlənməsinin şahidi olmuşuq"-deyə, Amerika Milli Təhlükəsizlik Şurası özünün tvitter səhifəsində yazıb.

Digər tərəfdən, Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays Bayden administrasiyasının İrana güzəştlərə razılıq verməsi ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandırıb.

O, nüvə danışıqlarının canlandırılması prosesini şərh etməkdən imtina edib və bu məlumatları rədd edərık cavabın Ağ Evin Milli Təhlükəsizlik Şurasının tvitində qeyd edildiyini deyib.

Avqustun 18-də respublikaçı senator Cim Beard Tvitter hesabında nüvə danışıqlarının dirçəldilməsi ilə əlaqədar rəsmi Tehranın Bayden hökumətindən Beynəlxalq Atom Enerjisi Agentliyinin təhqiqatının başa çatması, İranda fəaliyyət göstərən Qərb şirkətlərinin sanksiyalardan azad edilməsi və Tehranın nüvə proqramının sürətləndirilməsinə icazə kimi zəmanətlər istədiyini yazıb.

İranın dövlət mediası da Vaşinqtonun 17 banka qarşı sanksiyaların ləğvi və xarici şirkətlərin sanksiyalardan azad edilməsi də daxil olmaqla, İrana bəzi güzəştlər etməyə razılaşdığı barədə iddialar dərc edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar