SON XƏBƏRLƏR

Məşhəddə keçirilən kütləvi etirazlarda Xamneyiyə və Həsən Ruhaniyə qarşı şüarlar səsləndirilib, 100-ə yaxın insan yaxalanıb

2021.10.20, 07:36
Məşhəddə keçirilən kütləvi etirazlarda Xamneyiyə və Həsən Ruhaniyə qarşı şüarlar səsləndirilib, 100-ə yaxın insan yaxalanıb

Gunaz.tv

 GünAzTV: Dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində on minlərlə aksiyaçının iştirakı ilə keçirilən kütləvi etirazlarda, ölkənin dini lideri axund Əli Xamneyiyə və ölkə prezidenti Həsən Ruhaniyə qarşı şüarlar səsləndirilib.

 

“Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən baş tutan dinc etirazlar, az sonra hüquq-mühafizə qüvvələrinin və mülki geyimli ETTELAAT əməkdaşlarının müdaxiləsindən sonra daha sərtləşib. Nəticədə aksiyaçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb.

 

“Diktatora ölüm”, “Ruhaniyə ölüm”, “Fələstin və Qəzzə Zolağını burax, bizə gün ağla”, “Polis! get, oğrunu tut”, “Bizim millət oyaqdır, oğurluqdan uzaqdır” və digər şüarlar səsləndirən etirazçılar, polisin onlara gözyaşardıcı qaz tətbiq etməsindən sonra küçələrdəki zibil yeşiklərini aşıraraq onlara od vurublar. Etirazlar daha sərtləşdikdən sonra hadisə yerinə əlavə qüvvələr və motosiklet sürən silahlı polislər cəlb edilib. Nəticədə ən azı 100-ə yaxın etirazçı yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

Hüquq-mühafizə qüvvələrinin etirazçılara qarşı zorakılıq tətbiq etməsindən sonra jurnalistlərə açıqlama verən Məşhədin fərmandarı Məhəmməd Rəhim Noruziyan, etirazçıları “düşmən təsiri altına düşən təxribatçılar” adlandırıb: “Etirazçılar dövlət əmlakını dağıdaraq təxribat törətmək istəyirdilər. Lakin onların bu qanunsuz etirazının qarşısı tez bir zamanda polis tərəfindən alınıb”.

 

                                   Məşhədin fərmandarı Məhəmməd Rəhim Noruziyan

 

Bildirilir ki, həmin gün, İranın Neyşabur, Kaşmər, Şahrud, Simnan və Yəzd şəhərlərində də hökumətə qarşı oxşar etiraz aksiyaları keçirilib.

 

 

 

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar