“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsini uğurla yekunlaşdırıb

01.12.2022, 09:57

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini müvəffəqiyyətlə tamamlamışdır.

Gunaz.tv Quote | Gunaz article

Layihə çərçivəsində Azərbaycan Respublikası Təhsil İnstitutunda “İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair sorğu vərəqələrinin müzakirəsi”  mövzusunda dəyirmi masa keçirilmiş, tədbirdə iştirak etmiş təhsil ekspertləri tərəfindən verilmiş təkliflər əsasında sorğu vərəqələri təkmilləşdirilmişdir.

Layihənin fəaliyyət planına uyğun olaraq Suraxanı rayonu Hövsan qəsəbəsində 280 saylı tam orta məktəb və Xəzər rayonu Türkan qəsəbəsində isə 262 saylı tam orta məktəbdə icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 423 nəfərin iştirakı ilə sorğular keçirilmişdir. Sorğularda 72 müəllim, 319 valideyn, 2 hədəf orta məktəb direktoru və 30 icma üzvü (sahibkarlar, nüfuzlu şəxslər, Bələdiyyə üzvü və s.) iştirak etmişdir. 

29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunda təşkil edilmiş dəyirmi masada icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair keçirilmiş sorğu nəticələrinin təqdimatı olmuşdur. Tədbirdə iştirak etmiş təhsil ekspertləri məktəb-icma münasibətlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi, valideynlərin və icma üzvlərinin təhsil prosesində rolunun artırılması barədə fikirlərini bildirmiş, təkliflər vermişlər.

Layihənin nəticəsi olaraq keçirilmiş sorğuların nəticələri və təhsil ekspertlərinin rəyləri əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim etmək üçün təkliflər paketi hazırlanmışdır. Layihədən ümumilikdə 430 nəfər faydalanmışdır.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizin millət vəkili Türkiyə yardımından imtinaya etiraz edib

2023-02-06

gun az article

Qaşqay fəal müvəqqəti azadlığa buraxılıb

2023-02-06

gun az article

“Azadlıq səsi”- “Güney Azərbaycanın Xoy şəhərində nələr baş verir”- VİDEO

2023-02-06

gun az article

Həbsdə olan güneyli milli fəallar zəlzələ qurbanlarına yardım kampaniyasına qoşulub

2023-02-06

gun az article

“Dəyirmi masa”: “Xoyda zəlzələlərin durumu” və “İranın Azərbaycan səfirliyində terror hərəkəti”-VİDEO 

2023-02-06

gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04

gun az article

Güneyli Nobel mükafatı laureatı: "Etiraz aksiyaları davam edəcək"

2023-02-04

gun az article

Qaşqay türkləri xoylulara yardım edir

2023-02-04

gun az article

Ərdəbildə səhiyyə sistemi acınacaqlı durumdadır

2023-02-04

gun az article

Kann Film Festivalı güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib

2023-02-04

gun az article

Qəzvinli sənətçi Məsumə Bənagər həbs edilib

2023-02-04

gun az article

Milli fəal müvəqqəti azad edilib

2023-02-04

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir”-VİDEO

2023-02-04

gun az article

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

2023-02-04

gun az article

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023-02-04

gun az article

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023-02-03

gun az article

Zəlzələdən zərər görənlər etiraz aksiyası keçirilib

2023-02-03

gun az article

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023-02-03