SON XƏBƏRLƏR

Seyid Həsən Amilidən ermənpərəst paylaşım

2022.10.11, 09:24
Seyid Həsən Amilidən ermənpərəst paylaşım

Gunaz.tv

O, bunu Zakir Həsənovun İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı zamanı Ermənistana hücum etməyəcəyi ilə bağlı edib.

"Azərbaycan müdafiə naziri Zakir Həsənova bu həftə Sərdar Baqiri ilə danışığı zamanı Ermənistan torpağında gözləri olmadığı və bu ölkəyə hücum etməyəcəkləri ilə bağlı vədinə görə təşəkkür edirəm.

Ermənistan və Azərbaycan problemləri danışıq və dostluqla həll edilməidir. Bu sözdə dərin ağıl hiss olunur",- deyə, əyalət mollası yazıb.

O, Zakir Həsənovun bu sözündən sonra əlaqələrin genişləndirlməsi üçün münbit zəmin yarandığı və bu vədin əməldə də icra unacağına ümid etdiyini qeyd edib.

Həsən Amilinin bu paylaşımı sosial media istifadəçiləri tərəfindən geniş müzakirə olunub.

Onlar Həsən Amilinin özünü erməni kimi apardığını və Ermənistan nümayəndəsi kimi çıxış etdiyini yazıblar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar