SON XƏBƏRLƏR

Emin Həsənli Ankarada bir sıra görüşlər keçirib

2023.03.01, 14:35
Emin Həsənli Ankarada bir sıra görüşlər keçirib

Gunaz.tv

Bu barədə BAYRAQDAR MEDİA-ya E.Həsənlinin özü məlumat verib.

O, bildirib ki, belə görüşlərdən biri Türkiyə Böyük Millət Məclisində Şamil Ayrımla olub:“TBMM-dəki Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Ş.Ayrımla görüş zamanı bir çox məsələləri müzakirə etdik. 

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşməsində cənab Prezident İlham Əliyevin və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın müstəsna xidmətlər göstərdikləri vurğulandı. 

Ayrıca Ş.Ayrım zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyin önəmini qeyd etdi. O, bildirdi ki, bu dəstək qardaşlığımızın sarsılmaz olduğunu bir daha təsdiqlədi”.

Növbəti görüş isə MHP Mersin millət vəkili Olcay Klavuzla olub: “Bu görüşdə də dövlətlərimiz və xalqlalrımız arasında sarsılmaz qardaşlıq bağlarının olduğu vurğulandı. Görüşdə həmçinin iki qardaş ölkənin QHT-ləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd edildi. 

MHP Mersin millət vəkili Olcay Klavuzla görüş zamanı

O.Klavuz bu sahədə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirdi”.

Səfər zamanı Türkiyənin Ailə və Sosial Çalışmalar Nazirliyində də olan E.Həsənli nazir müavini Fatma Öncü ilə görüşüb: “Həmin görüşdə Azərbaycan qazilərinin Türkiyəyə səfəri xatırlandı və bu istiqamətdə əlaqələrin daha da dərinləşməsi üçün lazım olan addımların atılacağı bəyan edildi”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar