SON XƏBƏRLƏR

Möhsün Rzayi: “Ölkə iqtisadiyyatı da siyasət kimi “Vilayəti-fəqihə” tabe olmalıdır”

2021.10.20, 07:36
Möhsün Rzayi: “Ölkə iqtisadiyyatı da siyasət kimi “Vilayəti-fəqihə” tabe olmalıdır”

Gunaz.tv

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi noyabrın 23-də Tehranda keçirilən bir tədbirdə çıxış edərək ölkə iqtisadiyyatının dini liderin nəzərinə tabe olmasının vacibliyindən danışıb.

 

O deyib ki, ölkə iqtisadiyyatının dirçəlişi, bu sahənin dini liderin nəzərinə tabe olmasından asılıdır: “Hesab edirəm ki, ölkəmizdə iqtisadiyyat da siyasət kimi “Vilayəti-fəqihə” (dini liderə) tabe olmalıdır ki, təhlükəsizlik və müdafiə sahəsində olduğu kimi iqtisadi sahədə də nailiyyət əldə edə bilək.

 

Biz, istiqlal və təhlükəsizliyimiz sahəsində dini demokratiya və “Vilayəti-fəqih”ə söykənməklə bu günə qədər müvəffəq olmuşuq. Elə buna görə də hesab edirəm ki, bu baxış və yanaşma tərzi ilə də ölkə iqtisadiyyatını dirçəltməliyik. Son 40 ildə “Vilayəti-fəqih” siyasi problemlərin öhdəsindən gəldiyi üçün, hər hansı bir xarici fitnə ölkənin siyasi strukturuna xələl gətirə bilmədi. Məhz buna görə də düşünürəm ki, biz həmin yanaşma tərzi ilə iqtisadi sahədə də nailiyyət qazanmalıyıq” –deyə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar