SON XƏBƏRLƏR

Muğanlı qadının bədən üzvləri 8 nəfərin həyatını qurtarıb

2021.10.20, 07:36
Muğanlı qadının bədən üzvləri 8 nəfərin həyatını qurtarıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirməkdədir.

 

Son məlumata görə, Muğanın Parsabad şəhərində beyin ölümünə düçar olmuş bir azərbaycanlı qadının bədən üzvləri orqana ehtiyacı olan xəstələrə bağışlanıb.

 

43 yaşlı mərhumə Seyyidətac Sərmirinin bədən üzvləri ailəsinin razılığı ilə xəstələrə bağışlanıb, onun bədən orqanları 8 nəfəri ölümdən qurtarıb.

 

Mərhumənin ailəsi onun yüksək qan təzyiqindən infarkt keçirərək beyin ölümünə düçar olduğu təsdiqləndikdən sonra bu barədə qərar verib.

 

Qeyd edək ki, Azərbaycan diyarında hər gün ülvi və müqəddəs dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir. Güney Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Urmiyə, Təbriz, Ərdəbil, Xoy, Meşginşəhr, Qəzvin və s. kimi şəhərlərdə bədən üzvlərinin ehtiyacı olan xəstələrə bağışlanması faktı tez-tez qeydə alınır.  

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar