SON XƏBƏRLƏR

ABŞ-ın məşhur azərbaycanlı alimi yubiley medalı ilə təltif olunub

2022.07.30, 05:21
ABŞ-ın məşhur azərbaycanlı alimi yubiley medalı ilə təltif olunub

Gunaz.tv

Qeyd edək ki, bu təltif Azərbaycanda diplomatik xidmətin 100 illik yubileyini əks etdirir və Nazim Muradova diplomatik xidmətdə yüksək nailiyyətlərə görə verilib.

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim universitetin Enerji Araşdırmaları Mərkəzində mükafatı ailəsi və həmkarları qarşısında şəxsən N.Muradova şəxsən təqdim edib.

Səfir qeyd edib ki, görkəmli azərbaycanlı, həyatını elmə, ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlığın möhkəmləndirilməsinə həsr etmiş Nazim Muradova xatirə medalı təqdim etmək onun üçün böyük şərəfdir: “O və həyat yoldaşı, Azərbaycanın görkəmli musiqiçi ailəsindən olan Pervinlə birlikdə Florida, həm də Azərbaycan üçün dəyərlidir”.

Nazim Muradov kimdir?

Qeyd edək ki, N.Muradov universitetdə 1990-cı ildə işləməyə başlayıb.

Onun əsas tədqiqat sahələrinə termokatalitik və fotokatalitik hidrogen hasilatı sistemləri, Günəş enerjisi ilə işləyən suyun parçalanması dövrləri, müasir bioyanacaq növləri, qalıq yanacağın dekarbonizasiyası (enerjiyə keçid tələb edirkarbonu enerji istehsalından uzaqlaşdıran struktur dəyişikliyi -red), yanacaq elementlərinin tətbiqi üçün reformatorlar, hidrogen sensorları, təhlükəli maddələrin, tullantılar və nanostrukturlu karbon materialları şüa detoksikasiyası daxildir.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar