SON XƏBƏRLƏR

Ana dili hərəkatı fəalı Əlirza Fərşi zindana qaytarılır

2022.09.12, 08:01
Ana dili hərəkatı fəalı Əlirza Fərşi zindana qaytarılır

Gunaz.tv

Ana dilli hərəkatı fəalı, siyasi məhbus və tibbi məzuniyyətdə olan Əlirza Fərşi sentyabrın 11-də Tehran Apellyasiya Məhkəməsinin 36-cı bölməsinə getdikdə ona elektron qandalı təhvil verib və zindana qayıtmalı olduğunu bildiriblər.

Məhkəmə onun 4 il həbs və Xuzistan əyalətinin Bağməlik bölgəsinə 2 illik sürgün cəzasının icra ediləcəyini deyib.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Bir neçə gün öncə ona açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar