SON XƏBƏRLƏR

Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək

2022.07.28, 08:20
Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək

Gunaz.tv

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov "Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda ailələrində həmin şəcərəni əks etdirən sənədlərin olması barədə danışıb.

Soydaşımız Şuşada keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsində iştirak etməyin sevincini və həyəcanını yaşadığını da dilə gətirib.

“Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək.

Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

(report.az)

Ayxan


 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar