SON XƏBƏRLƏR

Naməlum silahlılar Kirmanşahda polis idarəsinin cinayət-axtarış şöbəsinin müdirini öldürüblər

2021.10.20, 07:36
Naməlum silahlılar Kirmanşahda polis idarəsinin cinayət-axtarış şöbəsinin müdirini öldürüblər

Gunaz.tv

GünAz TV: İranın Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun polis idarəsinin cinayət-axtarış şöbəsinin müdiri Kuruş Hacımuradi naməlum silahlı şəxslərlə atışmada öldürülüb.

 

Vilayətin polis idarəsinin yaydığı məlumata əsasən, hadisə bu gün bir neçə saat öncə rayonun Cihad adlı qəsəbəsində baş verib.

 

Məhəllələrin birində silahlı şəxslərin polisə tərəf açdığı atəş nəticəsində rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin müdiri, kapitan Kuruş Hacımuradi aldığı güllə yaralarından ölüb. Silahlılar isə hadisə yerindən uzaqlaşıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar