SON XƏBƏRLƏR

NATO Rusiyanı Kerç boğazındakı vəziyyətə görə təhdid edib

2021.10.20, 07:36
NATO Rusiyanı Kerç boğazındakı vəziyyətə görə təhdid edib

Gunaz.tv

GünAz TV: Ukrayna bazar ertəsi Kerç boğazında baş vermiş hadisə ilə bağlı detallı məlumatları NATO-ya təqdim edib, Rusiya hərəkətlərinin fəsadlara səbəb olduğunu başa düşməlidir.

 

"Report"un yaydığı məlumata görəUkrayn, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 

Ukraynada hərbi vəziyyət haqqında danışan baş katib ümid etdiyini bildirib ki, o, seçkilər öncəsi demokratik proseslərə təsir etməyəcək.

 

"Ukrayna ötən gün baş verənlər barədə NATO-ya ətraflı məlumat verdi. Biz Ukrayna hökumətinə dəstəyimizi ifadə etmək üçün onlarla daim təmasdayıq. Dünən gördüklərimiz ciddi idi, çünki hərbi gücdən istifadə edildi. Bu, bölgədəki vəziyyəti gərginləşdirir", - deyə Stoltenberq səfirlər səviyyəsində keçirilən Ukrayna-NATO komissiyasının iclasının yekununda bildirib.

 

"Biz Rusiyanı dərhal Ukrayna dənizçiləri və gəmilərini azad etməyə çağırırıq", - deyə o qeyd edib.

 

Baş katib alyansın Kerç boğazındakı vəziyyətlə bağlı konkret hansı addımları atmaq niyyətində olduğuna dair suala birbaşa cavab verməyib.

 

"Vəziyyəti çox yaxından təqib edirik və biz başqa nə edə biləcəyimizi daim qiymətləndiririk, çünki Rusiya hərəkətlərinin fəsadlara səbəb olduğunu başa düşməlidir", - deyə Stoltenberq əvvəllər Ukraynaya dəstək olaraq texniki yardım və Rusiyaya qarşı iqtisadi sanksiyalar da daxil olmaqla müttəfiqlər tərəfindən görülən tədbirləri sadalayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar