SON XƏBƏRLƏR

Naxçıvanda saxlanmış ermənilər Ermənistana qaytarılacaq

2021.10.20, 07:36
Naxçıvanda saxlanmış ermənilər Ermənistana qaytarılacaq

Gunaz.tv
«Naxçıvanda saxlanmış ermənilər Ermənistana qaytarılacaq» mudafie_nazirliyi.jpg Ermənistanın müdafiə naziri əsirlərin hələ ötən həftə qaytarılmalı olduğunu desə də, Azərbaycanın Müdafiə Nazirliyindən bu barədə onlarda məlumat olmadığı bildirilir «Naxçıvan ərazisində saxlanmış 4 erməni vətəndaşı müvafiq işlər yekunlaşandan sonra Ermənistana qaytarılacaq». Bu barədə məlumatı Ermənistanın müdafiə naziri Seyran Ohanyana istinadən erməni mətbuatı yayıb. O bildirib ki, əsirlər Ermənistana hələ bir həftə qabaq qaytarılmalı idi. Lakin Azərbaycanın müdafiə idarələri onların qaytarılmasını «müvafiq işlərin aparılması lazım olduğunu» əsas gətirərək təxirə salıb. Seyran Ohanyan bu dəfə erməni vətəndaşlarının qaytarılmasının təxirə salınmayacağını deyib. Qeyd edək ki, 4 Ermənistan vətəndaşı - Vanik Zmboyan, Armet Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan aprelin sonlarında Naxçıvanda tutulmuşdular. Azərbaycan tərəfi ermənilərin Azərbaycanda təxribat törətmək üçün gəldiklərini desə də, ermənilər onların yaxınlarını ziyarət edəndən sonra azaraq Naxçıvan ərazisinə keçdiyini iddia edirlər. Azərbaycanın Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, isə bu barədə onlarda hər hansı bir informasiya yoxdur. /ANS PRESS/ ans_press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar