SON XƏBƏRLƏR

Enerji çatışmazlığı Şərqi Azərbaycanda sənayeni iflic edib

2022.02.18, 07:57
Enerji çatışmazlığı Şərqi Azərbaycanda sənayeni iflic edib

Gunaz.tv

O, qaz çatışmazlığı ucbatından istehsal və biznes mühitinin böhran yaşadığını deyib.

"Təəssüf ki, sənaye müəssisələrində qaz çatışmazlığı, istehsal və biznes mühitinin vəziyyətinin gərginləşməsinə səbəb olub.

Borca görə sənaye bölmələrinin qaz və başqa xidmətlərinin kəsilməsi qəbul edilməzdir. İlin sonuna yaxınlaşmağımıza baxmayaraq istehsal bölmələrinin vəziyyəti və enerji istehlakı ilə bağlı qaydalar hələdə qeyri-müəyyəndir”-deyə, S.Pərniyan əlaqədar qurumları tənqid edib.

O, polad sənayesi istehsalının 25 faiznin Şərqi Azərbaycan əyalətinin payına düşdüyünə toxunaraq, qaz və elektrik çatışmazlığının bu sahənin iflic vəziyyətə düşməsinə səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, özəlliklə son bir ildə Şərqi Azərbaycanda baş verən elektriki kəsintiləri, elektrik enerjisi və qaz çatışmazlığı bir çox iş yerləri və sənaye müəssisələrinin müflis olmasına səbəb olub.

“Dayanıqlı enerji təchizatı müxtəlif sahələrdə inkişafın əsas amillərindən biridir və buna nail olunmayana qədər inkişaf problemlə üzləşəcək”-deyə, bir müddət öncə problemin müzakirəsinə həsr olunmuş toplantıda əyalət valisi Zeynəlabdin Rəzəvi Xurrəm qaz və elektrik çatışmazlığının əyalət sənayesinə vurduğu ziyanı etiraf edib.

Vali problemin həlli üçün daha əsaslı və dərin dəyişikliyə ehtiyac olduğunu iddia etsə də, bunun necə və hansı formada həyata keçirilməli olduğu barədə hər hansı açıqlama verməyib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar