SON XƏBƏRLƏR

Nəsrin Sütudə: “İranda zindanda olan-olmayan hər kəs məhkum kimi yaşayır”

2021.10.20, 07:36
Nəsrin Sütudə: “İranda zindanda olan-olmayan hər kəs məhkum kimi yaşayır”

Gunaz.tv

GünAz TV: Hazırda İranda məhkumluq həyatı yaşayan vəkil və insan haqları fəalı Nəsrin Sütudə Fransanın media orqanlarından birinə yazılı müsahibə verib.

 

O qeyd edib ki, İranda həbsxanada olub-olmamağın heç bir fərqi yoxdur, çünki ədalətsiz hökumətdə insanlar onsuzda məhkum kimi yaşayırlar.

 

“İranda istər həbsxanada olaq, istərsə də azadlıqda, heç bir fərqi yoxdur, onsuzda ölkə məhbəsdir və biz burada məhbusuq. Bəlkə də şişirtdiyimi düşünəcəksiniz, amma insanlarımız cəmiyyətdə ədalətin olmamasından narahat olduğu müddətdə zindanda ya azadlıqda olmağın heç bir mənası yoxdur”,- deyə xanım Sütudə əlavə edib.

 

Fəal həbsxanada azadlıq həsrətini çəkmədiyini bildirib. O, bunun səbəbini onsuzda qadın vəkil kimi ədalətsiz məhkəmədə işləməyin həbsxanadan daha da əzabverici olması, eləcə də ölkədə azadlığın yoxluğu ilə əlaqədar olaraq həbsxanadan kənarda da məhkum kimi yaşayacağı ilə əlaqələndirib.

 

Fəal rejimin son aylar ərzində daha da radikallaşdığını, günahsız insanlara qarşı daha ağır ittihamlar irəli sürdüyünü və hazırda məhkumluq həyatı yaşadığı həbsxananın qadın siyasi məhkumlarının çoxunun casusluq kimi ağır cinayətlərdə ittiham edildiyini deyib.

 

Xatırladaq ki, insan haqları fəalı Nəsrin Sütudə bir sıra saxta siyasi, təhlükəsizlik və şəri ittihamlarla ümumilikdə 33 il həbs və 148 şallaq zərbəsinə məhkum edilib.

 

Vəkil müsahibəsi zamanı məcburi hicaba qarşı çıxan qadınları və edam hökmünün ləğv edilməsini dəstəklədiyini, eləcə də İslam Respublikası rejiminin dəyişdirilməsi üçün referendum keçirilməsilə bağlı fəaliyyətlər göstərdiyini, lakin bunların heç birinin İran qanunları ilə cinayət hesab edilmədiyini deyib. O əlavə edib ki, rejimin icbari hicab məsələsinə niyə bu qədər həssas yanaşdığı məlum deyil və İranda qadınlar bu məsələyə görə özlərini təhqir olunmuş hiss edirlər.

 

Xanım Sütudə sonda vurğulayıb ki, geyim azadlığı onun üçün fundamental azadlıqlardan biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar