SON XƏBƏRLƏR

Netanyahu: “Amerika qüvvələri Suriyadan çıxandan sonra İranın bu ölkədəki hərbi varlığına qarşı əməliyyatlarımızı gücləndirəcəyik”

2021.10.20, 07:36
Netanyahu: “Amerika qüvvələri Suriyadan çıxandan sonra İranın bu ölkədəki hərbi varlığına qarşı əməliyyatlarımızı gücləndirəcəyik”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 20-də Yuninistanın baş naziri Aleksis Tsipras və Kıbrıs Nikos Anastasiadislə görüşündən sonra jurnalistlərə açıqlamasında İranın Suriyadakı hərbi varlığından danışıb.

 

Netanyahu bildirib ki, o ABŞ prezidenti ilə telefon danışığında İranın Suriyada yürütdüyü təcavüzkar siyasətinin qarşısının alınması barədə birgə əməkdaşlıq aparılması yolları haqda fikir mübadiləsi aparıb: “Biz, Amerika qüvvələri Suriyadan çıxandan sonra İranın bu ölkədəki hərbi varlığına qarşı əməliyyatımızı gücləndirəcəyik. Biz, qəti şəkildə İran rejiminin Suriyada hərbi varlığını möhkəmləndirməsinə qarşı hərəkətə keçəcəyik. Bundan başqa, biz həmçinin, İranın dəstəklədiyi terrorçuların, o cümlədən də “Hizbullah” qruplaşmasının İsrail-Livan sərhəddində qazdığı tunellərin məhvini davam etdirəcəyik”.

 

Qeyd edək ki, İsrailin baş naziri dekabrın 19-da jurnalistlərə açıqlamasında bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl onunla telefon danışığında Amerika hərbi qüvvələrini Suriyadan çıxarmaq qərarına gəldiyini açıqlamışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar