SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəala qarşı ittiham irəli sürülüb

2022.10.04, 07:40
Güney azərbaycanlı fəala qarşı ittiham irəli sürülüb

Gunaz.tv

O, Səfiyə Qarabağinin Zəngan şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında saxlanıldığını yazıb.

"Təhlükəsizlik idarəsinin təcridxanasından zəng edən həyat yoldaşım ona qarşı "hökumətə qarşı təbliğat" ittihamının irəli sürüldüyünü dedi.

O, gündüzlər ETTELAAT təcridxanasında saxlanılsada, gecələr başqa yerə köçürülür və orada nə müddət  saxlanılacağı barədə məlumat verilmir",- deyə, Ruzbeh Səadəti bildirib.

Qeyd edək ki, Səfiyə Qarabaği bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.

O, "ictimai fikri çaşdırmaq", "hökumətə qarşı təbliğat aparmaq" və "yalan məlumat yaymaq"da ittiham edilərək məhkumluq dövrü yaşayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar