SON XƏBƏRLƏR

Güneyli milli fəallar prokurorluğa çağırılıb

2022.06.16, 09:46
Güneyli milli fəallar prokurorluğa çağırılıb

Gunaz.tv

Güneyli cütlüyə prokurorluğa getməklə bağlı bildiriş onların işinə baxan müstəntiq Seyid Əli Musəvi Əqdəm tərəfindən göndərilib.

Qeyd edək ki, hər iki fəal mayın 29-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşlarının evlərinə hücum etməsindən sonra həbs olunmuşdular.

Fəalların evinə basqın edən məmurlar onların şəxsi əşyaları, o cümlədən notbuk, mobil telefon və kitablarını özləri ilə aparıblar.

 Fəalların verdikləri məlumata görə, qanunsuz həbslərinə etiraz edən Sima Əlipur aclıq saxlanıldıqları gündən aclıq aksiyasına əl atıb və ürək xəstəliyindən əziyyət çəkən fəalın iyunun 5-də durumu dahada ağırlaşıb.

Onların “hökumətə qrşı təbliğat və müxalif qruplara üzv olmaq”da ittiham olunduqları bildirilir. 

Fəallar iyunun 6-da 200 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar