SON XƏBƏRLƏR

“Güney Hərəkatı dövlətçiliyin bərpası mərhələsinə keçir”-Çingiz Göytürk

2023.05.26, 09:55
“Güney Hərəkatı dövlətçiliyin bərpası mərhələsinə keçir”-Çingiz Göytürk

Gunaz.tv

Çingiz Göytürk deyib ki, artıq Güney Azərbaycan xalqı İran çərçivəsində öz milli varlığını davam etdirmənin imkansız olduğunu, milli dövlət yaratmaqdan başqa alternativin olmadığını dərk edir:

S7ujiJi.jpg

“Güneydə və xaricdə yaşayan milli fəallar olaraq uzun müddətli müzakirələrdən sonra milli dövlətçiliyimizin bərpası uğrunda mübarizədə milli gücün formalaşdırılmasına qərar verdik.

Güney və xaric arasında əlaqələndirilmiş fəalliyyətin təşkili, Milli Hərəkatının vahid təmsil mexanizminin formalaşdırılması üçün vahid milli təşkilatlanmanın qacılmaz olması zərurəti ortaya çıxdı.

Bununla da ortaq iradə ilə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının yaradılması qərara alındı”. 

Çingiz Göytürk bildirib ki, Güneydə milli dövlət hədəfi yeni deyil. 

“Məşrutə hərəkatının tələblərinə baxdıqda sülalə dövlətinin milliləşdirilməsinin əsas hədəf olduğunu müşahidə etmək heç də çətin deyil. Qlobal güclərin müdaxiləsi ilə dövlətçiliyimizi itirdikdən sonra isə millətimiz güneydə Azərbaycan milli dövlətinin qurulması uğrunda dəfələrlə mübarizəyə qalxıb. 

Şeyx Məhəmməd Xiyabani öndərliyində yaradılan Azadistan dövləti, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılan Azərbaycan hökuməti milli dövlətçilik uğrunda mübarizəmizin önəmli zirvə nöqtələridir. 

Çağdaş Milli Hərəkatımız isə məhz həmin hərəkatların məntiqi davamı və zəngin təcrübələrinin varisidir.

Son illər sıx-sıx səslənən “Azadlıq, Ədalət, milli hökumət” şüarı da məhz həmin yaddaşın yenidən canlanması və hərəkatın itirilmiş dövlətçiliyimizin bərpası mərhələsinə keçdiyinin göstəricisidir”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar