SON XƏBƏRLƏR

Güney Azərbaycan bölgələrindən köç artıb

2022.04.09, 12:15
Güney Azərbaycan bölgələrindən köç artıb

Gunaz.tv

Çaroymağın fərmandarı Yasin Təvəkküli mediaya verdiyi açıqlamada bildirib ki, bundan öncə 65 min nəfər əhalisi olan şəhərin hazırda 32 min nəfərə qədər azalıb.

“Marağa, Miyana, Zəngan, Sərəskənd və Qərbi Azərbaycan əyaləti ilə qonşu olan Çaroymaq şəhərinin 30 il bundan öncədən tələb olunan yol və başqa vacib infrastrukturlarına büdcə ayrılmadığı üçün ətraf aləmdən təcrid durumdadır”-deyə, fərmandar bildirib.

O, bölgənin yollarının yalnız 33 faiznin istifadəyə yararlı olduğunu deyib və bildirib ki, Çaroymaq kəndlərinin əksəriyyətinin normal yolu olmadığı üçün bəzi zamanlar mahal mərkəzi ilə əlaqələri aylarla kəsilir.

“İçməli su, yol, infrastruktur, səhiyyə xidmətlərinin olmadığına və bu günə kimi iş başına gələn hökumətlərin bun problemlərin həlli üçün vəsait ayırmadıqlarına görə, Çaroymaq ən geri qalmış bölgələrdən birinə çevrilib”-deyə, Yasin Təvəkküli deyib.

Çaroymaqda 70 mədənin olduğunu, hazırda onlardan 39-nun istismar edildiyini söyləyib və əlavə edib ki, bu məsənlərin istismarının bölgə əhalisinə heç bir xeyri yoxdur və yalnız Çaroymaqda çevrə problemləri yaradırlar.

Bölgədə məktəb çatışmazlığına toxunan fərmandar köçün artmasının səbəbləri kimi yuxarıda qeyd olunan problemlər və işsizliyin olmasını deyib.

Qeyd edək ki, bundan öncə Çaroymaq və Sərəskəndin İran parlamentindəki nümayəndəsi Həmzə  Əmini bölgənin problemləri, əhalinin köçü ilə balı parlamentdə dəfələrlə məsələ qaldırmasına baxmayaraq, bu yöndə hər hansı iş görülməyib.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar