SON XƏBƏRLƏR

"Zülm altında inləyən xalqlarla birgə olacağıq"- Güney Azərbaycan Milli Hərəkatı kütləvi aksiyalara çağırış etdi

2022.05.18, 19:11
"Zülm altında inləyən xalqlarla birgə olacağıq"- Güney Azərbaycan Milli Hərəkatı kütləvi aksiyalara çağırış etdi

Gunaz.tv

"Qəhrəman Azərbaycan xalqı, bildiyiniz kimi İranın hazırkı hakimiyyəti heç nədən çəkinmədən ölkəni uçuruma və məhvə doğru aparır.

Hakim sistemin bütün rəhbərliyi, ali rəhbərdən tutmuş yüksək səviyyəli rəsmilərə qədər hamısı bütün çıxışlarında hakimiyyətlərinin get-gedə gücdən düşdüyünü etiraf edirlər.

Ancaq buna baxmayaraq, xüsusilə iqtisadi sahədə yarıtmaz idarəçilik böhranın daha da dərinləşməsinə səbəb olub.

Bütün dünya ölkələrində bahalığa qarşı etirazların adi qəbul olunmasına baxmayaraq, İran hakimiyyəti etiraz aksiyalarını qeyri-qanuni göstərməklə xalqı daha çox bəlalara düçar etmək niyyətində olduğunu göstərir”-bəyanatda belə deyilir.

Sənəddə qeyd olunur ki, hakimiyyətin niyyəti xalqın dözülməz iqtisadi sıxıntılara səssiz qalmasıdır. 

“Hökumət ətraf mühitin məhv edilməsi, iqtisadi durumun ağırlaşması və başqa bu kimi məsələlərə qarşı xalqın səssiz qalmasını, etiraz etməməsini istəyir. 

Biz Milli Hərəkatın fəalları bu dəfə şərəfli Azərbaycan xalqının itirilmiş hüquqlarının əldə edilməsi üçün bütün sahələrdə zülm altında olan başqa xalqlarla həmrəy olacağımızı, Azərbaycanın dirəniş günü kimi tanınan 22 mayda geniş etiraz aksiyalarına başlayacağımızı bildiririk.

Möhtəşəm və kütləvi aksiyalarla haqlı istəklərimizə nail olacağımıza inanırıq. Gələcək bizimdir! Azadlıq, Ədalət, Milli hökumət!”- ”-bəyanat bu sözlərlə bitir.

Cavidan
 

                                                                                                                                                                                                                             

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar