SON XƏBƏRLƏR

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi bəyanat yaydı

2022.03.29, 12:20
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi bəyanat yaydı

Gunaz.tv

Bu qurumun yaradılmasının əsas məqsədi milli hərəkatla ilgili ortaq məşvərət və müzakirələr aparmaq, Güney Azərbaycanla bağlı aparılan fəaliyyətlərə birlikdə dəstək vermək, bildirilər yaymaq, çağırışlar etmək və əlaqəli şəkildə təşkilatlararası işbirliyinə nail olmaqdan ibarətdir.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi ortaq qərarla özünün 14 maddəlik fəaliyyət prinsiplərini və Nizamnaməsini hazırlayıb və bu əsasda da dəfələrlə Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı birgə bəyanat, bildiri və çağırışlara imza atıb. 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi davamlı olaraq iclaslarını keçirir, Güney Azərbaycanla bağlı gündəmdə olan məsələləri ortaq müzakirəyə çıxarır və zəruri olduğu halda qərarlar qəbul edir.

Məlumat üçün bildirmək istərdik ki, mərkəzə üyə təşkilatlardan biri olan GAMOH 24 mart 2022-ci il tarixdə öz istəyi ilə bu qurumdan ayrılıb.

Hazırda Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzində 8 təşkilat təmsil olunur və bu qurum öz fəaliyyəti ilə bağlı davamlı olaraq millətimizə bilgi verəcək. 

Qeyd edək ki, Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin üzvləri bu qurumlardır:

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) 
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar