SON XƏBƏRLƏR

Güney Azərbaycanın müasir nəsr ədəbiyyatının banilərindən olan Gəncəli Sabahinin anım günüdür

2022.09.06, 07:34
Güney Azərbaycanın müasir nəsr ədəbiyyatının banilərindən olan Gəncəli Sabahinin anım günüdür

Gunaz.tv

7 yaşında ikən anası ilə Quzey Azərbaycana atasının yanına gəlib, ibtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirib.

1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı.əncəli Sabahi 1946-cı ildə Güney Azərbaycana dönərək yeni təsis edilmiş Təbriz Universitetində dil və ədəbiyyat fakültəsinə rəhbərlik еdib.

Radio verilişlərində ana dilində tez-tez çıxış edir, qəzet və jurnallarda məqalələr çap etdirir.

Milli hökumət devrildikdən sonra o, Loristan əyalətinin Bədrabad kəndinə, ordan da Ələştərə sürgün edilir.

Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıdıb.

Hökumət tərəfindən məcburi şəkildə Tehrana köçürülüb və bu şəhərdə ədəbi fəaliyyətinə davam edib.

Onun əsərləri arasında "Həyat faciələrindən", "Qartal", "Şeirimiz zamanla addımlayır" və "Ötən günlərim"  adlı 4 əsəri daha çox tanınıb.

1990-cı ilin sentyabrın 6-da Tehranda dünyasını dəyişən Gəncəli Sabahi "Behişti Zəhra" qəbristanlığında dəfn edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar