SON XƏBƏRLƏR

"Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışmalıyıq"-Politoloq

2022.12.10, 00:01
"Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışmalıyıq"-Politoloq

Gunaz.tv

Üç aydır davam edən aksiyaların hər keçən gün şiddətlənməsi bunu deməyə əsas verir.

Artıq İranın ali lideri Ayətullah Əli Xamneyinin bacısının da ona qarşı çıxması və SEPAH qüvvələrini silahlarını buraxmağa çağırması vəziyyətin necə gərgin olduğunu göstərdi. Hətta İranın sabiq prezidenti Məhəmməd Hatəmi də mövcud rejimi təndiq edib.

O, ölkənin indiki idarə üsulunu yanlış və düzgün olmayan adlandıraraq, xalqın pis vəziyyətdə yaşamasının gözardı edilməsinə qarşı çıxıb. Bütün bunlar isə İranda necə böyük bir sosial etiraz dalğası olduğunun əyani sübutudur.

it4IXwu.png

Görünən odur ki, İran hakimiyyət dəyişikliyi ərəfəsindədir və molla rejimi etirazların qarşısını ala bilməyəcək. 

Bəs biz nə etməliyik ki, proses təkcə rejim dəyişikliyi ilə deyil, bizim milli maraqlarımıza uyğun olaraq Güney Azərbaycanın müstəqilliyi ilə nəticələnsin?

Politoloq Yeganə Hacıyeva bildirib ki, İranda hakimiyyətlər dəyişsə də, qan dəyişmir:
“Yəni faktiki olaraq, İranda hakimiyyətin rəngi dəyişsə də, qan dəyişmir. 

Hakimiyyət sadəcə, mövcud siyasi elitadan imtina edərək, daha fərqli formada olsa da, köhnə mahiyyətdə qalmağı planlaşdırır. Bu, artıq hər gün aydın olur və İran rəsmiləri də bunu bildirirlər.

Hətta daxili proseslərdə izlənilən tendensiyalardan biri odur ki, rejim "əxlaq polisi" kimi ənənəvi qrupları birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) transfer etmək istəyir. 

Amma heç bir halda İran hakimiyyəti SEPAH-dan imtina etməyi nəzərdə tutmur. 

Əslində "əxlaq polisi" ilə SEPAH eyni məhfumdur.

İran vətəndaşlarının yaşadığı bütün fəlakətlər də məhz bu cütlüyə görədir. Ona görə də bu cütlük tarixin arxivinə birlikdə göndərilməlidir. Yəni bunların birinin ləğv edilib, digərinin qalması faydalı bir proses olmayacaq”.

Ekspert vurğulayıb ki, Güney Azərbaycanın müstəqilliyi uğurunda çalışmaq lazımdır:

“İrandakı ən böyük ikinci etnik qrup Azərbaycan türkləridir. Azərbaycanlıların 40 faizi İranda yaşayır, amma haqları pozulur. Onların ana dillərində danışmaq haqları 40 ildir ki, əllərindən alınıb. 

Güney Azərbaycanda yaşayan soydaşlarımızın bir yolu var. Bu yol müstəqillikdir. İrandakı digər xalqlar da müstəqillik uğrunda mübarizə apara bilərlər. Lakin bu prosesin əsas hərəkətverici qüvvəsi də məhz azərbaycanlılardır. 

Ümumilikdə hakimiyyətin prosesləri İranın daxilindəki etirazlardan İranın azərbaycanlılara qarşı mübarizəyə çevrilmə mərhələsini müşahidə edirik. Düşünürəm ki, bu prosesin qarşısını almaq lazımdır və bununla bağlı addımlar atılmalıdır. 

Bu addımlardan biri İrandakı azərbaycanlıların maksimum səviyyədə dəstəklənməsidir. 

Oradakı soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq səviyyədə addımlar atılmalıdır. İranın hakimiyyətinin soydaşlarımıza qarşı repressiyalarının qarşısını almaq üçün ilk olaraq Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışmalıyık. 

Çünki oradakı soydaşlarımızı qorumaq üçün Güney Azərbaycanın müstəqil olmasından başqa yol yoxdur”. (cebhe.info)

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar