SON XƏBƏRLƏR

Güney Azərbaycanın hürufi şairi Vəli Şahməhəmmədi vəfat edib

2022.06.17, 06:59
Güney Azərbaycanın hürufi şairi Vəli Şahməhəmmədi vəfat edib

Gunaz.tv

1955-ci ildə Qaradağın “Güldürlü” kəndində anadan olan şair yeniyetmə çağlarında bir çox azərbaycanlı kimi iş ardınca Tehrana köçüb və orada yaşamalı olub.

Güldürlü Vəli Tehranda ədəbi fəaliyyətlərini gəlişdirib və “Qaradağ”, “Sabir” ədəbi dərnəkərinin üzvü, “Sabir” ədəbi dərnəyinin idarə heyətinin üzvü və bu dərnəyin musiqi bölməsinin başçısı kimi fəaliyyət göstərib.

Bu günə kimi küldürlü Vəlinin “Ağlı dağ”, “Qartal qaynağı”, “Həsrət güzgüsü”, “Lampasız otaq” və “Vəli Güldürlünün divani” adlı şeir kitabları çab olunub.

Qaradağda ənənəvi “Hürufiyyə” təriqətinin davamçılarından olan Güldürlü Vəlinin kitabları barədə Güney Azərbaycanın tanınmış ədəbiyyatçıları çox sayda rəy yazıblar. 

“Söz yox ki Güldürlü Vəlinin “Qartal qaynağı” hesab etdiyi şeriyyət yatağında, kim bilir bəlkə də gələcəkdə məzlum ellərimizin mənəvi dəyərlərini qorumaq üçün, özü kimi namuslu qartallar qalxacaq.

Gənclərimizin başlatdığı mədəni qalxınma davranışlarını gözlənilən müsbət dəyərli nəticələrə çatdıracaqlar”-deyə, Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Güldürlü Vəlinin “Qartal qaynağı” adlı kitabına yazdığı rəydə qeyd edib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar